"Bu görüntüdən sonra Damlanı toylara da istəmədilər"

24-01-2020, 11:13           
"Bu görüntüdən sonra Damlanı toylara da istəmədilər"
"Elə ləkə var ki, heç çıxmır. Eləsi də var suya atan kimi gedir. Hər şey geridə qaldı. Ondan sonra izləyicilərimin sevgisi azalmadı, əksinə çoxaldı".

Teref.az xəbər verir ki, bu sözləri müğənni Damla "5/5" verilişində deyib. Sənətçi bir müddət əvvəl yayılan "18+" videosundan bəhs edib. Damla videonun onun işinə çox təsir etdiyini bildirib.

Aparıcı Zaur Kamal Damlanın həmin videodan sonra 3 ay evdən çıxmadığını söyləyib. O bildirib ki, toy sahibləri də onu çağırmaqdan imtina ediblər:"Damla ilə telefonda danışanda dedi ki, insanlar toy danışmışdı, indi istəmirlər, fırladırlar. Biri deyib, toy təxirə düşdü, o biri deyir, 5 ay sonra olacaq. Deyirdi ki, məni 3 ay evdə otuzdurdular".

"İllərdir mənimlə bağlı fikirlər dəyişmir: nə oxuyur, kimdi bunu dinləyən? Məni dinləyənlər həkim, alim ola bilməz ki... Məni sürücü, evdə oturan xanım da dinləyir. Kasıbı da, varlısı da başımın tacıdır" deyə, Damla cavab verib.(axşam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru