Mişel Obama “Qremmi” mükafatı alıb

27-01-2020, 03:36           
Mişel Obama “Qremmi” mükafatı alıb
Amerika Birləşmiş Ştatlarının keçmiş birinci xanımı Mişel Obama “Qremmi” mükafatı alıb.

“Report” xəbər verir ki, Los-Ancelesdə nüfuzlu musiqi mükafatlarının 62-ci təqdimetmə mərasimində “Ən yaxşı danışıq albomu” nominasiyasında “Qremmi” mükafatı ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişelə verilib.

Mişelin xatirələr kitabı 2018-ci ilin noyabr ayında nəşr olunub. Artıq ilk günlərdə nəşrin 1,4 milyondan çox nüsxəsi çap və rəqəmsal formada satılıb.

Peşəcə hüquqşünas olan 56 yaşlı Mişel Obama, 2009-2017-ci illərdə ABŞ-ın birinci xanım olub. Barak Obama ilə 1992-ci ildə ailə həyatı quran Mişel iki qız anasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru