Əminə Qasımova Maksim Qalkini şoka saldı - VİDEO

31-01-2020, 10:31           
Əminə Qasımova Maksim Qalkini şoka saldı - VİDEO
“Birinci kanal”da Maksim Qalkinin “Luçşe vsex!” proqramında çıxış edən 8 yaşlı azərbaycanlı qız – Əminə Qasımova səsi ilə hər kəsi özünə heyran qoyub.all

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Troitsk şəhərində yaşayan həmyerlimiz Maksim Qalkinin həyat yoldaşı, Rusiya estradasının primadonnası Alla Puqaçovanın “Zvyozdnoye leto” mahnısını səsləndirib. Əminənin ifasını bəyəndiyini gizlətməyən aparıcı bildirib ki, onun bu çıxışına Rusiyanın Xalq artisti Alla Puqaçova da heyran qalacaq.

Sonda qıza “Luçşe vsex!” şousunun medalı təqdim edilib.

Əminə verilişdə onu da bildirib ki, 4 yaşından etibarən mahnı oxuyur və gələcəkdə caz müğənnisi olmaq niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru