“Sən məni izləmirsənsə, mən niyə səni izləyim?” - “İnstagram” qalmaqalı

2-02-2020, 18:10           
“Sən məni izləmirsənsə, mən niyə səni izləyim?” - “İnstagram” qalmaqalı
ATV-də yayımlanan "7 canlı" verilişində maraqlı anlar yaşanıb.
"Yeni Sabah" xəbər verir ki, verilişin qonağı müğənni Bahar Lətifqızı ilə aparıcı Vüsalə Əlizadə arasında anlaşılmazlıq olub.

Belə ki, müğənninin ""İnstagram" dostları bizdən uzaqlaşdırıb" fikrinə aparıcı Vüsalə Əlizadə də dəstək verib: "Düzdür, bir söz də deyən kimi, deyirlər ki, görürəm də səni".

Bura qədər hər şey normal getsə də, aparıcı bu məqamda dediyi sözlərlə müğənnini pərt edib: "Amma sən məni görmürsən, çıxartmısan məni dostluqdan. Mən də o gün səni çıxartdım. Dedim, xeyir ola, sən məni izləmirsənsə, mən səni niyə izləyim?!"

Lətifqızı isə vəziyyətdən çıxmağı bacarıb. O, məsələdən xəbərdar olmadığını və İnstaqram səhifəsini çox vaxt bibisi oğlunun idarə etdiyi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru