Pamela Anderson və Con Piters 12 gün evlilikdən sonra ayrıldı

2-02-2020, 19:34           
Pamela Anderson və Con Piters 12 gün evlilikdən sonra ayrıldı
Amerikalı aktrisa Pamela Anderson və Hollivudun tanınmış kinoprodüseri Con Piters nikahın bağlanmasından 12 gün sonra ayrılıblar.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Hollywood Reporter” qəzeti yayıb.

Qəzetin yazdığına görə, cütlük münasibətlərində “fasilə” alıblar.

Aktrisaya yaxın mənbə bildirir ki, onlar nikah şəhadətnaməsi üçün hüquqi sənədləri hələ verməyiblər.

“Həyatdan və bir-birimizdən nə almaq istədiyimizi öyrənmək üçün yenidən bir fasilə alırıq. Həyat bir səyahətdir və sevgi bir prosesdir. Bu universal həqiqəti nəzərə alaraq, biz qarşılıqlı olaraq nigah haqqında şəhadətnaməmizin rəsmiləşdirilməsini təxirə salmağa qərar verdik”, – deyə Anderson qeyd edib.

Cütlük hər kəsdən onların şəxsi həyatlarına müdaxilə etməməsini istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru