Hollivud ulduzu Kirk Duqlas vəfat edib

6-02-2020, 08:02           
Hollivud ulduzu Kirk Duqlas vəfat edib
Hollivud ulduzu Kirk Duqlas 103 yaşında vəfat edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu tanınmış aktyorun oğlu Maykl Duqlas deyib.

Qeyd edək ki, K.Duqlas bir çox rolları, o cümlədən "Spartak" filmindəki rolu ilə tanınıb. Aktyor həmçinin 10 kitab yazıb.

K.Duqlas kino tarixinin ən məşhur və uğurlu kişi aktyorlarından biri hesab olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.