“The Matrix-4” filminin çəkilişlərindən ilk kadrlar mediaya sızıb - VİDEO

7-02-2020, 05:09           
“The Matrix-4” filminin çəkilişlərindən ilk kadrlar mediaya sızıb - VİDEO
San-Fransiskoda kanadalı aktyor Kianu Rivzin iştirakı ilə məşhur “The Matrix” kinofranşizasının dördüncü hissəsinin çəkilişləri gedir. Pərəstişkarlar çəkiliş prosesindən ilk kadrları sosial şəbəkədə paylaşıblar.

Foto və videolar Nort Biç rayonunda çəkilib. Kadrlardan belə aydın olur ki, “The Matrix-4”də Neo adət etdiyimiz kimi qara plaş və qara papaqda deyil, yeni obrazda çıxacaq. Çəkilişlərdə o adi cins, yaşıl pencək və qara papaqdadır.

Rivzin yanında franşizanın müəlliflərindən biri Lana Vaçovskinin olması çəkilişlərin məhz “The Matrix” filminə aid olmasını göstərir.

Qeyd edək ki, döyüş filminin dördüncü hissəsi 2021-ci ilin may ayında ekranlarda görünəcək. Lana Vaçovskiy ssenarini həmmüəliflər Aleksandr Xemon və Devid Mitçellə birlikdə yazır./www.yeniavaz.com/















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru