“Oscar”da ilklər yaşandı - 4 mükafatla gecəyə damğa vurdu - TAM SİYAHI
10-02-2020, 10:37
Dünən “Oskar 2020” mükafatlandırma mərasimi keçirilib.
Gecədə bir çox sürpriz yaşanıb. Məşhur aktyor Bred Pitt ilk dəfə "Oscar"a layiq görülüb. Bu ilə damğa vuran "Parazitlər" isə "ən yaxşı film" nominasiyasında "Oskar" alan xarici dildə çəkilmiş ilk film olub. Film gecədən 4 mükafatla ayrılıb.
Yenisabah.az "Oscar"ın qaliblərini təqdim edir:
Ən yaxşı ikinci plan aktyoru - Bred Pitt ("Bir vaxtlar Hollivudda”)
Ən yaxşı cizgi filmi - "Oyuncaqların hekayəsi 4"
Ən yaxşı orijinal ssenari - "Parazitlər" filmi, Pon Cun-Xo
Ən yaxşı qısametrajlı animasiya filmi - "Saça olan sevgi"
Ən yaxşı uyğunlaşdırılmış ssenari - "Dovşan Coco", Tayka Vaytiti
Ən yaxşı rejissor - Bon Cun Xo ("Parazitlər")
Ən yaxşı kostyum dizaynı - "Kiçik qadınlar", Jaklin Durran
Ən yaxşı sənədli film - "American Factory"
Ən yaxşı qısametrajlı sənədli film - “Learning to Skateboard in a Warzone”
Ən yaxşı ikinci plan aktrisası - Lora Dern ("Evlilik hekayəsi")
Ən yaxşı səs montajı - "Ford Ferrariyə qarşı", Donald Silvestr
Ən yaxşı səs kombinasiyası - "1917", Mark Teylor və Stüart Uilson
Ən yaxşı film - "Parazitlər", rejissor Bon Cun Xo
Ən yaxşı film montajı - "Ford Ferrariyə qarşı", Maykl MakKuser, Endrü Baklend
Ən yaxşı operator işi - "1917", Rodcer Dikins
Ən yaxşı quruluşçu rəssam işi - "Bir vaxtlar Hollivudda", Barbara Linq, Nensi Hey
Ən yaxşı vizual effektlər - "1917", Qiyom Roşrom, Qreq Batler və Dominik Tui
Ən yaxşı qrim və saç düzümü - "Qalmaqal", Kadzu Hiro, Enn Morqan və Vivian Beyker
Ən yaxşı xarici film nominasiyası - "Parazitlər", rejissor Bon Cun Xo
Ən yaxşı qısametrajlı film - “Qonşuların pəncərəsi”, Marşall Karri
Ən yaxşı orijinal mahnı - “I’m Gonna Love Me Again” (mus: Elton Con, söz: Berni Topin), “Roketmen” filmi üçün
Ən yaxşı kişi aktyoru - Hoakin Feniks ("Coker" filmi)
Ən yaxşı film musiqisi - "Coker", Hildur Qudnadouttir
Ən yaxşı aktrisa - Rene Zellveqer, "Cudi" filmi