“Playboy” ulduzunun keçmiş əri: “Axmaq qocayam, Pamelanın 200 minlik borcunu ödədim” FOTO

12-02-2020, 00:12           
“Playboy” ulduzunun keçmiş əri: “Axmaq qocayam, Pamelanın 200 minlik borcunu ödədim” FOTO
74 yaşlı prodüser Con Piters "Playboy” ulduzu Pamela Anderson ilə boşandıqdan sonra model haqqında qalmaqallı açıqlamalar verib.

Teref.az oxu.az-a istinadla xəbər verir ki, Con evliliyi müddətində Pamelanın 200 min dollar borcunu ödədiyini və qarderobunu tamamilə yenilədiyini söyləyib.

Jurnalistlərlə söhbətində özünü qoca bir axmaq adlandıran Con keçmiş həyat yoldaşını yalan danışmaqda günahlandırıb:

"Uzun illər Pamelaya qayğı göstərdim və onu həyatıma sevgi ilə qəbul etdim. Maddi vəziyyətinin yaxşı olmadığını görüb, onun bütün borclarını ödədim, çoxlu yeni geyimlər aldım”.

Prodüserin sözlərinə görə, o, Pamela ilə evlənmək niyyətində olmayıb, ancaq "Playboy” ulduzu özü evlənməyə təşəbbüs göstərib və ona bu barədə mesaj yazıb:

"Evlənmək istədiyini o, mənə yazanda xəyalım gerçəkləşdi. Baxmayaraq ki, başqa bir qadınla nişanlanmışdım. Amma Pamelaya görə, hər şeyi atdım”.

Qeyd edək ki, bu, hər iki ulduzun sayca beşinci evliliyi olub. Pamela ilə Con Malibuda evləniblər. Cütlük uzun zamandır tanışdırlar və aralarında bir dəfə qısa sevgi romanı olub. 12 gün evlilikləri sürən ikili fevral ayının ilk günündə boşanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru