Xalq artistinin oğluna xərçəng diaqnozu qoyulub

12-02-2020, 17:10           
Xalq artistinin oğluna xərçəng diaqnozu qoyulub
Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlunun səhhəti yenidən pisləşib.
Axşam.az xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən Məmməd "ATV maqazin onlarla" verilişində həftədə üç dəfə dializə getdiyini söyləyib.

Oğlunun ad günündə xanımı ilə birlikdə kamera qarşısına keçən Məmmədin daha bir xəstəliyi ortaya çıxıb. Xanımı bildirib ki, həkimlər ona ağ ciyər xərçəngi diaqnozu qoyublar:

"Donor ancaq qohum olmalıdır. Mən də ona böyrəyimi verməyə hazıram. Amma başqa problemlər ortaya çıxdı. Həkimlər ağ ciyər xərçəngi diaqnozu qoydular".

Qeyd edək ki, Məmməd Zeynalov 3 il öncə insult keçirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru