“Space TV çox səviyyəli kanaldır”

18-02-2020, 11:07           
“Space TV çox səviyyəli kanaldır”
“Hamıya məlumdur ki, televiziyanın 3 əsas funksiyası var - maarifləndirmək, əyləndirmək və məlumatlandırmaq. Maarifləndirmək tərəfi bir çox kanallarda yoxdur, ancaq Space telekanalı bu baxımdan istisnadır. Space telekanalında maarifləndirici proqramlar var və bu kanalın ən mühüm cəhətidir”.

Bunu Modern.az-a müsahibəsində tanınmış kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayev deyib.
Space telekanalının kino sənətinin təbliğinə də geniş yer verdiyini deyən cənab Salayev bunun birbaşa telekanala rəhbərlik edən görkəmli kinorejissor, Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayevin xidməti olduğunu vurğulayıb:

“Space TV çox səviyyəli kanaldır. Çünkü bu kanalın başında əsl sənətkar dayanıb. Mən hər verlişə getmirəm. Amma bu kanalın efirində yayımlanan “El bizim, sirr bizim” verlişinə həmişə gəlirəm. Çünki son dərəcə səviyyəli bir verlişdir. Heç bir kanalda bu cür problemlər qaldırılmır. Bu verlişdə qaldırılan problemlər onu göstərir ki, Space telekanalı cəmiyyətin ən ağrılı, ən mühüm mövzularını görə bilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru