"Berlinale" Film Festivalı "Selincer ilim" dramının nümayişi ilə açılacaq

20-02-2020, 08:01           
"Berlinale" Film Festivalı "Selincer ilim" dramının nümayişi ilə açılacaq
Bu gün Almaniyanın paytaxtında 70-ci Beynəlxalq Berlin film festivalının açılışı olacaq.

Trend-in məlumatına görə, festival kanadalı rejissor Filip Falardonun "Selincer ilim" dramının nümayişi ilə başlayacaq. Rəsmi tədbir Potsdam Meydanındakı teatrda keçiriləcək.

Festivalın qonaqları arasında Conni Dep, Xelen Mirren, Uillem Defo və ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton kimi tanınmış simalar olacaq. Jüriyə "Lolita" (1997), "Fransız leytenantının qadını" (1981) filmləri ilə tanınan Ceremi Ayron başçılıq edəcək.

Qeyd olunur ki, koronovirusla əlaqədər olaraq Çindən gəlməli olan 280 iştirakçıdan festivala yalnız 120-si qatılacaq.

Festivalın konkurs proqramına 18 film daxil edilib. Bu sırada Salma Hayekin baş rolda çəkildiyi "Seçilməmiş yollar" və Uillem Defonun rol aldığı rejissor Abel Ferrarın "Sibir" filmləri var.

Xatırladaq ki, ilk "Berlinale" festivalı 6 iyun 1951-ci ildə Alfred Hiçkokun "Rebekka" (1940) filminin nümayişi ilə açılmışdır. Festival 1 mart tarixinədək davam edəcək. Berlin federal dairəsi bu festivaldan hər il 120-130 milyon avro əldə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru