“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”

20-02-2020, 09:17           
“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”
Xəbər verdiyimiz kimi Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından olan İlqarə Toska yazar Günel Musanın “Müğənni Elnarənin efir “ağbirçək”liyi yazısına münasibət bildirərək muğam ifaçısını “küftəbaş” adlandırıb.

Məsələylə bağlı Moderator.az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva onu tənqid edənlərə səslənib və onları küçədəqalmış adlandırıb:

“Onlar kimdir ki, mən onların dediklərinə əhəmiyyət verim. Dünənin küçədəqalanlarına cavab vermirəm, bu mənim üçün ayıbdır. Mənim üçün heç haqqımda deyilənlər maraqlı da deyil. Yəqin ki, onlar məşhurlaşmaq istədikləri üçün mənə “ilişirlər”. Onlara görən kim ixtiyar verib ki, haqqımda belə şeylər yazırlar? Məni “küftəbaş” adlandıran akstrisa özü yəqin ki, “xaş”dır, hansısa inəyin ayağıdır. Kim mənim haqqımda nəsə deyirsə, qələt edib, başını daşa döyür. Gəlsinlər otursunlar mənə cavab versinlər. Kimdir ki, onlar? Haqqımda belə ifadələr işlədənlər ilk öncə gedib öz mənəviyyatların düzəltsinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.