Mona Liza da koronavirusdan payını aldı - FOTO

21-02-2020, 09:13           
Mona Liza da koronavirusdan payını aldı - FOTO
“Tvboy” ləqəbli italyan rəssam İspaniyanın ikinci ən böyük şəhəri olan Barselonada, hökumət binasının divarında Mona Lizanının “üz maskası” ilə şəklini çəkib.

Yenicag.az xəbər verir ki, rəsm əsərində Mona Lisanın üzündə maska, əlində telefon təsvir edilib. Bu rəssamın əsəri “Mobil Dünya virusu” adını daşıyır.

Divarda çəkilmiş bu şəkil böyük diqqət cəlb edib.

Qeyd edilib ki, bu rəsm əsərinin yaradılmasında məqsəd İspaniyanın Barselona şəhərində planlaşdırılan dünyanın ən böyük beynəlxalq mobil texnologiya sərgisinin koronavirus səbəbindən ləğv edilməsinə diqqəti çəkmək olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru