- Aysun İsmayılova "bu sənət etibarsızdır.......bu gün efirə çıxmırsansa, unudulursan”

21-02-2020, 16:09           
- Aysun İsmayılova
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova “Hər şey daxil” verilişində açıqlaması ilə təəccübləndirib.

Teref.az xəbər verir ki, rəqiblərindən danışan Aysun İsmayılova bu sözləri deyib: “Bütün gənc müğənniləri özümə rəqib görürürəm. Öz anamı götürüm, yaxşı mahnı təqdim edəndə düşünürəm ki, onu da keçməliyəm. Üzərimdə çox işləyirəm” .

Müğənni aparıcının “Şəxsi həyatınız sənət həyatına müdaxilə edirmi” sualına isə belə cavab verib: “Gələcəkdə sevdiyim insanla ailə quranda sənətdən gedəcəm. Əvvəl düşünürdüm ki, bu qədər əziyyət çəkib və sonra sənətdən getmək olmaz. Sonra gördüm ki, bu sənət etibarsızdır.

Kim olursansa ol, əgər köhnə müğənnilərdən deyilsənsə, bu gün efirə çıxmırsansa, unudulursan”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.