"Arvad xəyanət edir, ər də qəhrəmanlıqmış kimi videoya çəkir"

21-02-2020, 18:34           
"Arvad xəyanət edir, ər də qəhrəmanlıqmış kimi videoya çəkir"
"Hansısa qadın ərinə xəyanət edir. Ər də bunu böyük qəhrəmanlıqmış kimi çəkib verir".
Bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb. Ötən gün bir kişi həyat yoldaşını başqası ilə tutub və onun videosunu çəkərək sosial şəbəkədə yayımlayıb. Aktrisa kişini qınayaraq onun ünvanına tənqidlər səsləndirib:

"Həmin ərə sual verirəm: Video çəkib sosial şəbəkədə paylaşmaqla elə bilirsən sənə yaxşı kişi deyirlər? Birincisi, kişinin kişi olduğu yerdə xəyanətdən söhbət gedə bilməz. İkincisi, özünə və ailəsinə hörmət edən kişiarvadının biabırçı videosunu başqaları ilə paylaşmaz. Bunu etməklə səndə onun səviyyəsinə enmiş olursan.

Əgər övladın varsa, böyüyəndə bu videonu sillə kimi üzünə vuracaq. Onda nə cavab verəcəksən? Hələ bu videonu sosial şəbəkədə paylaşaraq özünə izləyici yığan səhifələr... Gənclərə nəyi təbliğ etdiyinizin fərqindəsiniz?"./big













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru