Defne avtomobili jurnalistlərin üzərinə sürdü — FOTO

24-02-2020, 00:03           
Defne avtomobili jurnalistlərin üzərinə sürdü — FOTO
Türkiyənin tanınmış müğənnisi, eyni zamanda televiziya proqramlarının aparıcısı Defne Samyeli qəza törədib.
"Ölkə.Az" cebhe.info-ya istinadən xəbər verir ki, çıxış etdiyi bir məkandan ayrılan müğənni avtomobillə operatoru ayağının üstündən keçib.

Qardaşı Sübhan ilə məkandan ayrılan və sürətlə ərazidən uzaqlaşmaq istəyən Samyeli ehtiyatsızlıq üzündən onu gözləyən jurnalistlərin üzərinə sürüb.
Avtomobilin təkəri 6-7 saniyə ərzində operatorun ayağının üzərində dayanıb. Avtomobildən düşən müğənni müxbirdən üzr istəyib, “Tələsirdim, belə oldu. Lazımdırsa, xəstəxanaya gedək” - deyib. Operatorun ciddi xəsarət almadığı bildirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru