Elza Seyidcahandan "Koronavirus" şeiri haqda açıqlama

26-02-2020, 07:36           
Elza Seyidcahandan "Koronavirus" şeiri haqda açıqlama
Dünən "Facebook" sosial şəbəkəsində əməkdar artist Elza Seyidcahana məxsus olduğu iddia edilən yeni bir şeir yayılıb. Amma əməkdar artistə aid olduğu söylənilən "Gəl gözünə döndüyüm korona, Milli Məclisə" adlı şeir əslində onun deyilmiş...

Teref.az xəbər verir ki, Elza Seyidcahan bu şeirlə bağlı musavat.com-a danışıb. O qeyd edib ki, 25 fevral tarixində yayılan məlum şeir ona məxsus deyil:

"Mənim adımdan yenə də yalan olaraq şeirlər yayırlar. Qətiyyərlə bildirirəm ki, bu son şeir də mənə məxsus deyil. Mən bu cür siyasi məzmunlu şeirlər yazmıram".

Xatırladaq ki, bir neçə gün öncə də əməkdar artistin adından sosial şəbəkədə siyasi yönümlü şeir yayılmışdı. Əməkdar artist həmin şeiri yayan şəxslə bağlı DİN-ə müraciət etdiyini və araşdırma aparıldığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru