"Birdən yadıma düşdü..." - İlkin Həsəni pulunu ala bilmədiyi tədbirdən danışdı

28-02-2020, 11:25           
"Birdən yadıma düşdü..." - İlkin Həsəni pulunu ala bilmədiyi tədbirdən danışdı
Tanınmış aparıcı, tamaşaçıların "Şəmi" kimi tanıyıb sevdiyi İlkin Həsəni sosial media hesabında etdiyi paylaşımla diqqət çəkib.

BiG.AZ xəbər verir ki, aparıcı 15 il öncə aldığı geyimi geyinərək çəkdirdiyi fotonu elə həmin illərdə çəkdirdiyi foto ilə yanaşı paylaşıb. Fotoya yazdığı şərh izləyicilərin marağına səbəb olub:

"Təxminən 15-16 il öncə o vaxtı çox dəbdə olan “Sisley” geyim şirkətinin “1033” klubunda yeni kolleksiyasının təqdimatı idi. İşdən müdiriyyət tapşırdı ki, o tədbiri aparmalısan, ödəniş məsələsi haqqında sonra danışarıq. Təqdimat oldu, bitdi, bir neçə gün də keçdi amma ödəniş haqqında soruşmurdum, tərəddüd edirdim. Birdən cəsarət toplayıb "ay müəllim, bəs o tədbiri apardım ha" deyəndə, dedi ki, ödəniş filan olmayacaq, tapşıracam, gedərsən dükana, özünə bir “jeans” şalvar, bir köynək götürərsən. Olmayan yerdə buna da şükür deyib getdim götürdüm. Soldakı fotonu ilk dəfə geyindiyim günü, sağdakını isə bu gün çəkdim. Qoruyub saxlamışam. Birdən yadıma düşdü".

Sözügedən fotonu təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.