"Məni kürəyimdən vurdular" – "Məsti-xumar" oynayan müəllimə

4-03-2020, 11:42           
"Məni kürəyimdən vurdular" – "Məsti-xumar" oynayan müəllimə
Rəqs etdiyi "Məsti-xumar" mahnısı ilə gündəmə gələn ibtidai sinif müəlliməsi Gülsüm Biləndərli Xəzər TV-də efirə gedən "Səni axtarıram" verilişinin qonağı olub.

Yenisabah.az xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı canlı efirdə müəllimənin müdafiəsinə qalxıb. Gülsüm Biləndərli isə həmkarının onu kürəyindən vurduğunu deyib: "Demək olmaz ki, hamı naxələfdir. Məni kürəyimdən vurdular. Mən deyə bilmərəm ki, insanlara güvənmək olmaz. Mən güvəni aldım. Mən o videonu həmkarıma yollamışdım. Bütün Azərbaycan xalqına, başda da Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm".

Xoşqədəm Hidayətqızı isə öz övladlarını Gülsüm müəllimənin işlədiyi məktəbə qoyacağını deyib: "Təki belə müəllimlər olsun, fond pulu yığmasın, süpürgə pulu yığmasın, 8 martda gül gözləməsin. Mən belə müəllimələr istəyirəm. Mən sizə bir şey deyim. Siz hansı məktəbdəsinizsə, mən uşaqlarımı o məktəbə qoyacağam. İstəyirəm uşaqlarım o məktəbdə oxusun".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru