Murad Dadaşov Xəzər TV-də kollektivə təqdim edilir
5-03-2020, 18:08
Xalq artisti, tanınmış şoumen Murad Dadaşov rəsmən Xəzər TV-nin direktoru vəzifəsinə təyin olunub.
Unikal.org-un məlumatına görə, Murad Dadaşov bu gün Xəzər TV-nin yerləşdiyi binaya gəlib. Hazırda M.Dadaşov kollektivə təqdim edilir. Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub.