“Xəzər TV”nin səhmləri “Socar Media” qrupunun nəzarətinə keçib - FOTO 5-03-2020, 18:29 “2 aylıq danışıqlardan sonra “Xəzər TV”nin səhmləri “Socar Media” qrupunun nəzarətinə keçib”.Bunu APA-ya açıqlamasında “Xəzər” Televiziyasının Xəbərlər Departamentinin müdiri İnqilab Məmmədov bildirib.O qeyd edib ki, “Socar Media” qrupu isə Murad Dadaşovu “Xəzər” Televiziyasının yeni prezidenti təyin edib.İ. Məmmədov deyib ki, artıq Murad Dadaşov kollektivə təyin olunub.***17:21“Xəzər TV”-yə yeni rəhbər təyinatı olub.APA-nın xəbərinə görə, Murad Dadaşov “Xəzər TV” MMC-nin baş direktoru təyin edilib.M. Dadaşov bu gün TV-nin kollektivinə təqdim olunub. Facebook-da paylaş