"Eşşəyə minəndə lovğalanan, ata minəndə ağlı çaşar!" - Elza Seyidacahan

7-03-2020, 12:10           
"Eşşəyə minəndə lovğalanan, ata minəndə ağlı çaşar!" - Elza Seyidacahan
Xəbər verdiyimiz kimi, dünən canlı yayımda "Hər şey daxil" verilişində Elza Seyidcahan, Manaf Ağayev və Mətanət Əsədova arasında dava düşmüşdü.

BiG.AZ xəbər verir ki, müğənnilər arasında qalmaqal davam edir. Belə ki, Elza Seyidcahan Manaf Ağayevin arxiv fotosunu paylaşaraq verilişdə olanlar haqqında açıqlama verib:

"Mən bu gün Manaf müəllimi gözlədim ki, gələr, bu sənət müzakirəsini xoşagəlməz notlarını üzərindən silər. Elə ona görə mən, verilişə zəng etdim ki, çox dəyərli aparıcımız Tarix Əliyev hər dəfə bütün dünya azərbaycanlılarının geniş, gözəl müzakirəsinə səbəb olacaq dərəcədə apardığı verilişə məni canlı qoşsun ki, sənət gerçəklərinin çalarlarını bir daha başa saldım. Çünki gözəl bir müzakirəyə səbəb olacaq mövzu açılıb. Bütün sənətkarlar dəyib bir-birinə.
Ancaq uzun zamandır efirdən davranışına görə uzaqlaşdırılan ,həyatda mənə böyüyumsən, "siz" deyə müraciət edən, efirdən isə mənə "sən" -deyən özünü "2 - ci - "Z...." (Əstafurlah.) adlandıran ,repertuarı cox kasıb və acınacaqlı olan birisi ,müzakirəmizi kücə söhbətinə gətirdi. Ancaq mən bir daha tərbiyəli insan olaraq, Xəzər Televiziyasının kollektivindən ,Tarix Əliyevdən ,başda çox hörmətli,dəyərli rəhbəri , Murad Dadaşovdan üzr istəməyi özümə borc bilirəm ki, gəlişinizin ilk günündə sizə və kollektivinizə narahatçılıq gətirdik. Eşşəyə minəndə lovğalanan, ata minəndə ağlı çaşar!"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru