“Onları çox yandırmışam” — Qəzetə bürünüb şəkil çəkdirən model DANIŞDI (FOTOLAR)

7-03-2020, 17:29           
“Onları çox yandırmışam” — Qəzetə bürünüb şəkil çəkdirən model DANIŞDI (FOTOLAR)
Bu gün sosial şəbəkələrdə bir xanımın qəzet səhifələrinə bürünüb çəkdirdiyi şəkil bir anda yayılmağa başlayıb və hər kəsin marağına səbəb olub.

“Yeni Sabah” bu maraqlı fotonun sahibinin kimliyini araşdırıb. Məlum olub ki, bu Əsma Nur adlı modeldir.

Xanım model yayılan foto ilə bağlı bldirib ki, bu onun şəxsi ideası olub. “Bakı Xəbər” qəzetini isə sadəcə “İnstagram” səhifəsinin adına uyğun gəldiyi üçün seçib.

Esma xanım “hansısa saytdan və ya qəzetdən reklam təklifi gəlsə qəbul edərsiniz?” sualını isə belə cavablandırıb:

“Əslində reklamı düşünmürdüm. Sadəcə istəyirəm ki, insanlar qəzeti unutmasınlar. Hamı indi “İnstagram”dadır. Sadəcə belə alındı”.
Model fotoya görə onu tənqid edənlərə “Mənim onlara yazığım gəlir. Çünki özlərini biabır edirlər. Sanki onları çox yandırmışam, ona görə alovlanıblar. Həyatdan razı qalmayan insanlardır. Özünə güvənən insan heç vaxt kiminsə haqda danışmaz”, - deyə cavab verib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru