Bu gözəllik sənə də qalmaz - Gözəl ayaqları və sənəti ilə tanınan Serpilin son halı - FOTOLAR

8-03-2020, 13:37           
Bu gözəllik sənə də qalmaz - Gözəl ayaqları və sənəti ilə tanınan Serpilin son halı - FOTOLAR
Vaxtillə gözəl ayaqları ilə Türkiyədə tanınan aktrisa Serpil Örümcer hazırda Bakırköydə yaşayır və bir dükançının köməkçisi işləyir.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun indiki halı ürəkləri sızıldadır. O, artıq illərdir ekranladan, kino səhnəsindən uzaq olduğu üçün çox pərişandır. Serpil Örümcer qızı və nəvəsinə baxmaq üçün müxətlif işlərdə çalışır. Berkantdan olan qızı Fulya və 2 nəvəsinin yaşadığı evdə hamamda yuyunmaq üçün isti su da tapılmır.

Onun evinin divarları isə rütubətdən ovulur. Örümcer həyatından danışarkən bunları deyə-deyə ağlamsınır: “Yuxumda görsəm, inanmazdım. Nə oldum demə, nə olacağam de”.



Verdiyi müsahibədə Serpil Örümcer bildirir ki, “Kirayələr çox bahalaşıb. Aylıq 1 milyard lirədən başlayır. Buna da şükür edirəm. Mən dörd divar arasında nə yeyib, nə içəcəm. Qızımın psixoloji problemləri də var. Kimsəyə əl açmak istəmirəm. Rəzil oldum. Mən utanmıram işləməkdən. Borc içindəyəm”.



Qeyd edək ki, vaxtilə kişilərin ən sevimli aktrisalarından biri olan Serpil 1952-ci ildə anadan olub. 1968-1978-ci illərdə kinonun ən gözəl ayaqlara sahib aktrisası olduğuna görə “Bayan Bacak” ləqəbi ilə tanınmışdı.

Serpil Örümcerlə o dövrün tanınmış pop sənətçisi Berkantın (Bay Samanyolu) Beşiktaşda bir çay bağçasında başlayan eşq hekayəsi nikah masasında sonlanmışdı.



Berkantın çalışdığı gecə klubunda çıxış etməklə qısa zamanda məşhurlaşan Serpil qızı Fulya ilə birgə ərinin sərxoşluğu səbəbindən ondan ayrıldı. O, daha sonra müğənniliklə məşğul oldu.

Serpilin həyat hekayəsi bir daha onu göstərir ki, Adəm övladı ən yaxşı halında belə qürrələnməməlidir. Gözəl xanımlara həsr olunan mahnılardan birində deyildiyi kimi “Gedər, ay qız, bu gözəllik, sənə də qalmaz”



Necə deyərlər, kiminin əvvəli, kiminin axırı.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.