Azərbaycanlı müğənnini Türkiyədə zorladılar

10-03-2020, 16:27           
Azərbaycanlı müğənnini Türkiyədə zorladılar
Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova təcavüzə uğradığını deyərək, şikayət edib.
Bu haqda türk mediası məlumat yazıb. Bildirilib ki, Sevinc meneceri tərəfindən təzavüzə məruz qalıb.
Karyerasına Türkiyədə davam etmək istəyən müğənni Levent M.-lə çalışmağa başlayıb. O, həmin şəxsin ona təcavüz etdiyini və sonra şantaja əl atdığını deyib. Polisə gedən Ağaşirinova şikayət ərizəsi yazıb.
Polis hazırda Levent M.-lə bağlı araşdırmaya başlayıb.
Hadisənin 2 il əvvəl baş verdiyi vurğulanıb. Onlar 5 ay birlikdə işləyiblər. Daha sonra Levent Sevincə ondan xoşu gəldiyini deyib və evlənmək istədiyini bildirib. O, "yox" cavabı aldığı halda onu Azərbaycanda biabır etməklə, Türkiyədə qalmasına imkan verməməklə, öldürməklə şantaj edib. Sevinc polisə Azərbaycandakı evini satıb, Leventə 300 min lirə verdiyini açıqlayıb.
Sevincin şikayəti əsasında Leventin 5 il həbs cəzası istənilib. Məhkəmə yaxın günlərdə qərar çıxaracaq.(axşam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru