Nəzakət Teymurovanın səhhəti necədədir?

13-07-2020, 10:42           
Nəzakət Teymurovanın səhhəti necədədir?
Xəbər verdiyimiz kimi, Xalq artisti Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub.

Axşam.az xəbər verir ki, xanəndənin səhhəti haqda rəfiqəsi, Xalq artisti Aygün Bayramova məlumat verib. Muğam ifaçısı bildirib ki, N.Teymurova ilə tez-tez telefonla danışır və səhhəti yaxşıdır:

"Hamı sənətkarımız Nəzakət Teymurovaya görə narahatdır. Telefonum susmayıb. Səhhəti stabildir, şükür. Hamımız Allaha dua edək, tezliklə evə dönsün".

N.Teymurova isə səhhəti ilə bağlı "Hər şey yaxşı olacaq" qısa cavabını verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru