İlhamə oğlunun həbs xəbərindən danışdı: "Mehribanın adamlarının işləridir"

14-01-2016, 16:17           
İlhamə oğlunun həbs xəbərindən danışdı: "Mehribanın adamlarının işləridir"
Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirovun Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılması xəbərinə münasibət bildirib.

Sənətkar Ölkə.az-a açıqlamasında deyib ki, oğlu hazırda onun yanındadır:

"Əsassız xəbərdir. Oğlum yanımda, Vüqar isə öz evlərindədir. Bunun hamısı o qulluqçu Mehribanın adamlarının işləridir. Məhkəməsi olacaq. Məhkəmə öncəsi çaşqınlıq yaratmağa çalışırlar.

Xatırladaq ki, xəbəri musavat.com saytı yayıb. Xəbərdə bildirilir ki, xaricdən ölkəyə gələn Orxan Nadirovla Vüqar Bəşirovun saxlanılmasının səbəbi hələlik məlum deyil. Hər iki şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.