“Danimarkalı qız” filmi qadağan edildi – “Müsəlman əxlaqına uyğun deyil” – FOTOLAR
15-01-2016, 02:05
Bu il Oskara layiq görüləcəyi təxmin edilən “Danish girl” (“Danimarkalı qız”) adlı film Qətərdə qadağan edilib.
Publika.az xəbər verir ki, ölkənin bu qərarı çıxaran mədəniyyət naziri filmin müsəlman əxlaqına uyğun olmadığını iddia edib. 1920-ci illərdə cinsiyyətini dəyişdirən bir qadının real həyat hekayəsi əsasında çəkilən filmin baş rolunda ötən il “Oscar” mükafatına layiq görülən Eddi Redmeyn yer alıb.
Qeyd edək ki, “Danish girl” Qətərdə qadağan edilən ilk film deyil. Daha öncə də “Noah and Exodus: Gods and Kings” adlı filmə də qadağa qoyulub. Kino zalları “The Wolf of Wall Street” adlı filmi isə ilk 50 dəqiqəsi kəsildikdən sonra təqdim edə biliblər.