Keçmiş ANS-çi: - “Atam məni qayışla döyürdü”

15-01-2016, 12:22           
Keçmiş ANS-çi: - “Atam məni qayışla döyürdü”
Həmin müəllim o sırtıq şagirdin, o gedənin atasının etmədiyini edib! Məni və qardaşmı atam qayışla ayağımızdan vururdu... oğlunu, qızını vaxtında döyməsəydi, indi dizinə döyərdi.

Axar.az xəbər verir ki, bu sözləri ANS keçmiş aparıcısı Aytən Səfərova Sumqayıtda şagirdini döyən müəllimin hərəkətinə münasibət bildirərkən deyib. Aparıcının tənqidlərə məruz qalan fikirlərini təqdim edirik:

“Sumqayıtda müəllim şagirdi döyüb! Gör o müəllimi nə həddə çatdırmaq lazımdı ki, aya 150 manata hər gün məktəbə yarıac, yarıtox ayaq döyən bir ailə başçısı buna əl atsın. Həmin müəllim o sırtıq şagirdin, o gedənin atasının etmədiyini edib! Məni və qardaşımı atam qayışla ayağımızdan vururdu... oğlunu, qızını vaxtında döyməsəydi, indi dizinə döyərdi. Məktəblərdə o qədər sırtıq, valideyn tərbiyəsi görməyən, sanki meşədən sivilizasiyaya çıxan, sözlə izaholunmaz dərəcədə axmaq uşaqlar var ki... Hamı Ramil Səfərovu qınayırdı Qurgeni baltaladığına görə... Görün nə həddə çatdırmaq lazım idi ki, gözünə heç nə görünməyib belə addım atsın. O müəllimə mən yalnız səbir diləyirəm. Bizsə düzələn deyilik. Hətta toylarda əlində çubuq olan sərpayısı olan xalqlardanıq. Düzəlmək üçün yun çubuğunu mütləq özümüzə vurdurmalıyıq sanki. Xoş danışanı qorxaq sanırıq, saymayanı başımıza oturduruq, özümüzə hörmət qoymuruq... nə vaxt düzələcək?!”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru