Deputat Günayı müdafiə etdi -“Əcəb edib”

26-01-2016, 13:15           
Deputat Günayı müdafiə etdi -“Əcəb edib”
Millət vəkili Günayı müdafiə etdi - "Əcəb edib danışıb”

"Bu Azərbaycanda hansı absurdları yaşamadıq görəsən? Məsələnin məğzi budur ki, ATV-nin "Bu stil mənim" verilişində model Günay Musayeva Anadolu türkcəsində danışaraq qanunvericiliyin tələblərini pozub”.

teref.az Modern.az-a istinadən xəbər verir ki, bunu Millət vəkili Fazil Mustafa bildirib.

Millət vəkili daha sonra yazır: "Bizim dövlət dilimiz Azərbaycan dilidir, bu Azərbaycan dili də özbəöz türk dilidir. Siyasi səbəblərdən bu dili Azərbaycan dili olaraq təqdim edirlər və hər zaman arzumuz bu olub ki, nəhayət ki, bütün insanlarımız öz dilini həm də öz adı ilə çağırmağa başlayacaqlar. Dilimizin qorunması rus, fars, ingilis, ərəb, fransız dillərinə qarşı düşünülə bilər, ancaq türk dilindən dilimizi qorumağın adını şəxsən bəndəniz tapmaqda çətinlik çəkir.

Sözümün kəsəsi, həmin o model kimdirsə, əcəb edib Anadolu türkcəsində danışıb. Azərbaycan türklərindən kimin imkanı varsa, onlar da Türkiyə telekanallarına çıxıb mütləq Azərbaycan türkcəsində danışsın. Danışa-danışa süni surətdə ayrılmış bu dillərimizə bir-birimizi alışdıraraq vahid türk dili yarada bilək. Qanunu bəhanə edərək dilimizi öz qardaş ölkəmizin türkcəsindən qorumaq mənasız ve faydasız bir işdir. Qanundan da ucada bizim milli kimliyimiz dayanır. Kimliyimizin də əsas atributu dildir. Son vaxtlar bizi Türkdən və Türk dilindən qorumağa çalışanların sayı artmaqdadır. Ancaq unutmayın ki, 1918-ci ildə bizləri ermeni-rus vəhşətindən xilas etməyə də o türk gəlmişdi. Bizimlə eyni dildə danışan o TÜRK”!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.