Viktor Tsoyun oğlu atasından film çəkənləri məhkəməyə verdi
17-11-2020, 18:36
"Kino" qrupunun mərhum lideri Viktor Tsoyun oğlu Aleksandr "Aleksey Uçitel” kinostudiyasına və distribütörlərinə qarşı məhkəmə iddiasında atasının təsvirinin "Tsoy" filmindən çıxarılmasını və musiqiçinin şəxsi məlumatlarının istifadəsinin yasqlanmasını tələb edib.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti Presnenski məhkəməsinin mətbuat katibi Lela Kokaya istinadən məlumat yayıb. Məhkəmədə oğul Tsoy həm də müttəhimlərdən 300 rubl məbləğində dövlət rüsumu və 29.080 rubl məbləğində sübutların notariat qaydasında təmin edilməsi üçün xərclərin ödənilməsini tələb edib.
Cavabdeh tərəf kimi məhdud məsuliyyətli müəssisələr - KAROPROKAT MMM, SPPR MMM, "ROK” MMM göstərilib.
Rusiyada "Tsoy" filminin qala gecəsi 12 noyabrda baş tutub. Aleksandr Tsoy hələ bundan əvvəl bildirib ki, o və qohumları musiqiçinin ölümündən sonra ortaya çıxan 1990-cı ilin iyul-avqust aylarında baş verən xəyali hadisələr barədə ssenari ilə razılaşmırlar.