Tahir Salahovun həyat yoldaşı dünyasını dəyişdi

29-11-2020, 22:39           
Tahir Salahovun həyat yoldaşı dünyasını dəyişdi
Dünya şöhrətli rəssam Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova dünyasını dəyişib.

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Muzey Mərkəzinin direktoru Liana Vəzirova sosial şəbəkədə yazıb.

Varvara Salahova dünən Bakıda dünyasını dəyişib.

Qeyd edək ki, Varvara Salahova ilə nikah Tahir Salahovun ikinci evliliyidir. Bu izdivacdan onların İvan adlı bir oğlu var.

Bu gün 92 yaşı tamam olan fırça ustası "Varvara məktub ilə" portretini həyat yoldaşına həsr edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru