Kraliça II Elizabet haqqında çəkilən serial Britaniya hökumətilə “Netflix”i qarşı-qarşıya qoyub - VİDEO

1-12-2020, 05:20           
Kraliça II Elizabet haqqında çəkilən serial Britaniya hökumətilə “Netflix”i qarşı-qarşıya qoyub - VİDEO
“Netflix”dən Kraliça II Elizabet haqqında çəkilən “The Crown” (“Taxt”) serialının “bədii düşüncənin məhsulu” olduğu barədə izləyicilərə açıqlama verilməsi tələb olunub.

“Mail on Sunday”in məlumatına görə, bu barədə Böyük Britaniyanın Rəqəmsallaşma, Mədəniyyət, Media və İdman naziri Oliver Dauden bildirib.

O, bu filmin ustalıqla hazırlanış bədii sənət nümunəsi olduğunu vurğulayıb:

“Netflix” digər televiziya layihələrində olduğu kimi, bunu əvvəldən aydınlaşdırmalıdır. Əks təqdirdə, bu hadisələri görməyən bütöv bir izləyici nəsli uydurulmuş hadisələri gerçəklik kimi qəbul edə bilər”, - deyə o, vurğulayıb.

Nazir təklifi ilə bağlı “Netflix”ə məktub yollamağı düşünür.

“The Crown”un yaradıcısı Piter Morgan isə serialdakı bütün məlumatların hərtərəfli araşdırıldığını bildirib. Onun sözlərinə görə, bəzən tarixi dəqiqlikdən kənara çıxmalı olub, bununla belə filmdə feyk yoxdur.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru