Maraqlı təsadüf: ABŞ-da Kovid adlı dizayner pandemiyadan bir il əvvəl maskalı geyim təqdim edib - FOTO

4-12-2020, 08:28           
Maraqlı təsadüf: ABŞ-da Kovid adlı dizayner pandemiyadan bir il əvvəl maskalı geyim təqdim edib - FOTO
ABŞ-da “Project Runway” şousunun layihəsi çərçivəsində iştirakçısı səhnəyə qoruyucu maskada çıxıb.

Bu barədə “Daily Star” xəbər yayıb.

Maraqlı budur ki, adı Kovid Kapur olan modelyer geyimə maska əlavə edib, həm də bu hadisə dünyada koronaviorus pandemiyasının yayılmasından bir il əvvəl baş verib.

Təqdimatların birində iştirakçılar modelin bədənini tam şəkildə göstərən bir paltar tikməli idilər. Onda Kapur model üçün qəfəsi xatırladan qırmızı kostyum tikib və bu geyimi pandemiyanın hazırki simvolu olan qoruyucu maska ilə tamamlayıb.

Layihənin izləyiciləri bu təsadüfə təəccüblənirlər. Verilişin yaradıcılarının bu şəkildə sözün əsl mənasında pandemiyanı “proqnozlaşdırdıqlarına” qərar veriblər.

Dizayner özü hansısa pandemiyanı proqnozlaşdırmağı düşünmədiyini deyib. Buna baxmayaraq, Kovid Kapur bu təsadüfü əyləncəli hesab edir.oxu90













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru