Azərbaycanda tanınmış müğənni koronavirusa yoluxdu - Foto

7-12-2020, 01:07           
Azərbaycanda tanınmış müğənni koronavirusa yoluxdu - Foto
Müğənni Xatun Əliyeva koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə müğənni özü sosial media hesabında məlumat yayıb :

"Nə qədər qorunsam da, bütün deyilənlərə əməl etsəm də bu virusa mən də yoluxdum. Niyə? Çünki daşıyıcılar aramızdadır. İnsanların çoxu məsuliyyətsizdir. Çoxu daşıyıcı olaraq rahat insanların arasına çıxır, ətrafdakıları da yoluxdurur. Biz sənət adamları bəzən məcburuq hansısa tədbirlərdə, çəkilişlərdə iştirak edək. Bu vecsiz insanların ucbatından biz də yoluxuruq. Mən indi məcburam ki, bütün işimi gücümü atım, evə qapanım. Çünki ətrafımdakıları da düşünürəm, yazıqdır axı bu insanlar! Niyə bu vəziyyətin ciddiliyinə varmırsınız",- deyə Xatun yazıb.



Qeyd edək ki, indiyədək bir çox məşhur müğənnilər Lalə Məmmədova, Manaf Ağayev, Elçin Hüseynov da koronavirusa yoluxub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru