Məşhur serialın çəkiliş qrupu DƏHŞƏT içində - VİDEO

7-12-2020, 11:03           
Məşhur serialın çəkiliş qrupu DƏHŞƏT içində - VİDEO
Bu yaxınlarda İstanbulun Maltəpə ilçəsindəki hotellərdən birində çəkilişlərə hazırlaşan “Eşkiya dünyaya hökümdar olmaz” serialının heyətinə alkoqol və narkotikin təsiri altında olan şəxslər hücum edib.

Publika.az xəbər verir ki, serialın baş qəhrəmanı Oktay Kaynarca açıqlamasında qadın işçilərə hücum edən dələduzlardan danışıb:

“Adamların 50 cinayət işi var, peşəkardırlar, onlarla mübarizə apara bilmərik”, - aktyor bildirib.

Xatırladaq ki, hoteldə qalan üç nəfər şəkil çəkdirmək bəhanəsi ilə aktyorların qaldığı otağın qarşısına gəlib. Aktyorlar şübhəlilərin içkili olduğunu görərək şəkil çəkdirməkdən imtina edib. Bundan sonra sərxoş dələduzlar çəkilişlərə hazırlaşan serialının işçilərinə hücum edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.