"Tutub aparacaqlar, üzr istəyəcək, yalvaracaq, videosun çəkib yayacaqlar"

11-12-2020, 17:24           
"Tutub aparacaqlar, üzr istəyəcək, yalvaracaq, videosun çəkib yayacaqlar"
"Ailəli xanımam, tanış olmaq olmaz. Canlıya girəndə çox şey yazırlar. Ciddiyə almaq istəmirəm".

Unikal.org xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova İnstaqramda canlı yayımda olarkən deyib. Sənətçi ünvanına təhqir yazan izləyicisini hədələyib:

"İndi gedib polisə verəcəm. Tutub aparacaqlar, üzr istəyəcək, yalvaracaq, videosun çəkib yayacaqlar. Ona görə də özünüzü yığışdırın. Kimsə məni bəyənməyə bilər. Gücləri elə sosial şəbəkədə yazmağa çatır. İndi İnstaqramda adam tapmaq çox asandı. Canlı yayımdan sonra həmin adam da cəzasını alacaq.

Deyirsiz, baş qoşmayın. Mənə az adam xoşagəlməz nəsə yazır. Xoşuma gəlmir kişini kamera qabağına qoyub üzr istətməkdən. Etməyin belə".

Z.Qasımova depressiyada olduğunu da etiraf edib:

"Sarı saçlardan yoruldum. İstəyirəm onları lap qısa kəsdirim. Xanımlar depressiyada olanda ya saç kəsdirir, ya da pulu varsa paltar alır. İndi də pandemiyadır, pul yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru