Zaur Kamal Xəzər TV-dən getdi

14-12-2020, 22:56           
Zaur Kamal Xəzər TV-dən getdi
Aparıcı Zaur Kamal Xəzər TV ilə yollarını ayırıb.

Teref.az Musavat.com-a istinadla xəbər verir ki, teleaparıcı ATV telekanalının qarşısında çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. O, fotoya "Xəzər TV ilə yollarımı ayırdım. Bir az istirahət etmək istəyirəm. İnşallah, yenə görüşəcəyik", - şərhini yazıb.

Kamalın bu paylaşımı onun ATV-də fəaliyyətini davam etdirəcəyi barədə xəbərlərin yayılmasına səbəb olub.

Qeyd edək ki, bir müddət əvvəl Z.Kamalın “Xəzər”in nəzdində fəaliyyət göstərən Dalğa TV-də aparıcılıq edəcəyi deyilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru