Flora Kərimova da dövlətin yanında dayandı: - “Əlbəttə ki, qara yaxmağa çalışacaqlar”

30-04-2015, 13:11           
Flora Kərimova da dövlətin yanında dayandı: - “Əlbəttə ki, qara yaxmağa çalışacaqlar”
“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir”.

Bu sözləri Bakı-2015 İlk Avropa Oyunları ilə bağlı danışan xalq artisti Flora Kərimova Axar.az-a bildirib:

“Təəssüf ki, bu uğurumuza qarşı hərəkət edənlər, təbliğat aparanlar var. Amma bunu da normal qəbul edirəm: düşmənlərimiz əlbəttə ki, uğurlarımıza kölgə salmağa, bizə qara yaxmağa çalışacaqlar. Onlar da yaxşı bilir ki, İlk Avropa Oyunlarının Bakıda keçirilməsi bir tarixdir və bu birincilik hər zaman vurğulanacaq”.

Qeyd edək ki, 12-28 iyun tarixində ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarına 43 gün qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.