Bakıda sürücüdən qəribə addım - Cərimələnməsin deyə... - FOTO

18-12-2020, 10:01           
Bakıda sürücüdən qəribə addım -
Bakıda sürücü cərimə yazılmasın deyə maraqlı üsula əl atıb.

Milli.Az xəbər verir ki, Sahil metrosu yaxınlığında, dayanma-durma qadağandır nişanının təsir sahəsində "Kia optima" markalı avtomobilini saxlayan sürücü cərimə yazılmasın deyə nömrəsini yarpaqla gizlədib.

Bunu görən başqa bir sürücü həmin anları mobil telefonla kameraya çəkərək "xalq yaradıcılğı" başlığı ilə sosial şəbəkələrə yükləyib.

Qeyd edək ki, əvvəllər bəzi sürücülər dayanma durma qadağası nişanının olduğu yerlərdə saxlayarkən nömrə görünməsin deyə avtomobilin baqajını açıq qoyurdular.

Məlumat üçün bildirək ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq olunan cərimə 20 manatdır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.