Mətanət İsgəndərli jurnalistə hücum çəkdi...

19-12-2020, 00:08           
Mətanət İsgəndərli jurnalistə hücum çəkdi...
ARB TV-də yayımlanan "Bazar-düzü" proqramının bugünkü çəkilişində Əməkdar artist Mətanət İsgəndərli ilə jurnalist Əfruzə Ağayeva arasında münaqişə yaranıb.

Operativ24.Azın məlumatına görə, efir zamanı jurnalistin "Vətənpərvərlikdən danışırsınız, amma müharibə vaxtı Türkiyədə konsert verdiniz" sözlərini deməsi Mətanət İsgəndərlini özündən çıxarıb.

Ə.Ağayeva bildirib ki, bu sözlərdən sonra M.İsgəndərli ona hücum çəkərək döyməyə cəhd edib:

"Pandemiya ərəfəsində aztəminatlı ailələrə yardım edən müğənnilərlə bağlı sual ünvanlandı. Mən də bəzi sənətçilərin adlarını sadaladım. Mətanət İsgəndərlinin adını çəkmədim. Dedi, başına daş salmışam, mənim adımı niyə çəkmirsən? Cavab verdim ki, sizin xeyirxah bir əməlinizi görməmişəm. Hətta müharibə vaxtı Türkiyədə konsert verməyini xatırlatdım. Mənə hücum çəkib söyüş söydü. Rəhmətə gedən valideynlərimin ünvanına nalayiq ifadələr işlətdi”.

Ə.Ağayeva məsələ ilə bağlı polisə şikayət edəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru