Tibb bacısı vaksinasiyadan sonra canlı yayımda huşunu itirdi - VİDEO

19-12-2020, 09:01           
Tibb bacısı vaksinasiyadan sonra canlı yayımda huşunu itirdi - VİDEO
Tibb bacısı vaksinasiyadan sonra huşunu itirib.

Hadisə ABŞ-ın Tennesi ştatında Memorial Xəstəxanada keçirilən mətbuat konfransında canlı yayım zamanı baş verib. Məlumata görə, peyvənddən təxminən 17 dəqiqə sonra qızın başı gicəllənib, sonra isə huşunu itirib.

Bu barədə RT xəbər yayıb.

Xəstəxana həkimləri bayılmağın peyvəndlə əlaqəli olmadığını bildirdilər. Mütəxəssislərin fikrincə, baş gicəllənməsi və huşunu itirmə tibbi prosedurlardan sonra baş verir.

Qız özü bunun onun üçün nadir hal olmadığını və ağrı olan zaman huşunu itirə biləcəyini deyib.

Qeyd edək ki, bu “Pfizer” peyvəndindən sonra ilk belə hadisə deyib.

Bundan əvvəl tibb işçilərinin birində şiddətli allergiya yaranmışdı, başqa biri isə peyvənddən bir neçə dəqiqə sonra özünü pis hiss eləmişdi.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru