Məşhur model xeyirxah addım atıb

24-12-2020, 08:30           
Məşhur model xeyirxah addım atıb
Model Naomi Kempbell tibb işçilərinə və həkimlərə yardım edib.

Redaktor.az bildirir ki, o, Nyu Yorkda fəaliyyət göstərən restoranlardan biri ilə müqavilə imzalayaraq yardım kampaniyası başladıb. Kempbell pandemiya dövründə gecə-gündüz əziyyət çəkən həkimlər üçün ərzaq və yemək yardımı edib.

50 yaşlı Naomi sosial media hesabında bununla bağlı paylaşım da edib.

“Başqalarının həyatını xilas etmək üçün öz həyatınızı riskə atırsınız. Pandemiyadan əvvəl də sonra da insan həyatı üçün çəkdiyiniz əziyyətə görə sizə minnətdarıq. Bu kiçik hədiyyəmi qəbul edin. Tanrı sizi və xilas etdiyini hər bir insanı qorusun” , -deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.