Ədalət Şükürov: Bayraqdan paltar geyinmək olmaz - VİDEO

25-12-2020, 08:21           
Ədalət Şükürov: Bayraqdan paltar geyinmək olmaz - VİDEO
"Bayrağın protokolu var. Əziz dostlar, onu hər yerdə qaldırmaq olmaz. Onu bir paltar edib, geyinmək olmaz".

Teref.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "Hüseynova bacıları" proqramında deyib. Müğənni bayraq rənglərini əks etdirən paltar geyinən həmkarlarını tənqid edib:

"Hərbi paltarı elə-belə geyinib küçədə gəzmək qadağandır. Bu, hərbçilərə yox, başqa sahənin adamına aiddir. Hərbi paltarın protokolu var. Müğənni klip çəkəndə o paltarı verirlər. Çəkilir və qaytarırlar. Dövlət tərəfindən olan qrumlarla əlaqədə idik, nə deyilirdi paylaşırdıq. Nə lazım deyil etmirdik. Verilişlər də protokolla çəkilirdi. Lazım olanda oxuyurduq, olmayanda yox". //Axşam.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru