Aleyna Tilki və Cemal Can

28-12-2020, 10:24           
Aleyna Tilki və Cemal Can
Acun Ilıcalı'nın yeni rəqəmsal "bomba"sı Exxen yanvarın 1-dən fəaliyyətə başlayır.

Open.az xəbər verir ki, Exxen’in iddialı ekran işlərindən biri, baş rollarını müğənni Aleyna Tilki və "Survivor 2020" çempionu Cemal Can Canseven'in paylaşdığı "İşte Bu Benim Masalım" serialı olacaq.

Ötən gün "İşte Bu Benim Masalım" serialının ilk tanıtım fraqmenti yayımlanıb.

Serialda Merve Sevin, Eren Emingil, Nevra Serezli, Zeynep Kankode, Kıvanç Baruönü və Aleyna Tilkinin bacısı Ayça Tilki də rol alıb.

Serialın yayımlanan ilk fraqmentində Cemal Canın az yer alması, sosial mediada müzakirə mövzusu olub. İzləyicilər: "Cemal Can kütləvi səhnələrdə oynayıb?" yazaraq, çempionu qəzəbləndiriblər.

Qeyd edək ki, serialın adı Aleyna Tilkinin "İşte Bu Benim Masalım" sinqlı ilə eynidir. Serialda Aleyna Tilki öz həyatını canlandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.