Əməkdar artist Elza Seyidcahanla müğənni Xatun barışıb.
Open.az xəbər verir ki, uzun müddətdir küsülü olan ifaçılar Qubadlıda əsgərlərlə görüş zamanı bir araya gəliblər. Onlar birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə yayımlayıblar.
Qeyd edək ki, sənətçilərin küsməsinə səbəb Xatunun parodiyaları olmuşdu. Xatun Seyidcahana aid olmayan şeir deyərək, onu ələ salmışdı.