30 yaşlı rəqqasənin küçədə güllələnmə anı - Siyasətçi ilə sevgili idi - VİDEO

29-12-2020, 10:33           
30 yaşlı rəqqasənin küçədə güllələnmə anı -
30 yaşlı rəqqasə hər kəsin gözü qarşısında qətlə yetirilib.

Milli.Az Nyu-York Post-a istinadla bildirir ki, hadisə Moskva şəhərində baş verib. Bir neçə beynəlxalq rəqs müsabiqələrinin qalibi olan 30 yaşlı Natalia Pronina küçədə güllələnib.

East2West News-un məlumatına görə, qətl hadisəsi Akademicheskaya metrostansiyasının yaxınlığında baş verib. Sinəsindən iki güllə yarası alan Nataliya iki saat sonra xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən şəxs maskada olduğundan hələlik onun kimliyi müəyyənləşdirilməyib.

İddialara görə, o, adı mətbuata açıqlanmayan boşanmış, varlı siyasətçinin sevgilisi olub.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru