"Onlar bizim əsgəri yandırır, amma biz erməni əsirlərə burda paxlava yedizdiririk"

30-12-2020, 11:51           
"Onlar bizim əsgəri yandırır, amma biz erməni əsirlərə burda paxlava yedizdiririk"
"Erməni analoqu olmayan bir düşməndir, bütün dünyanı gəzmişəm və mən belə düşmən görməmişəm"

“Düşünürəm ki, bu bütün müharibənin ən dəhşətli səhnəsi idi...”

Xəbər verdiyimiz kimi erməni faşistlərin azərbaycanlı hərbçinin meyitini yandıraraq bunu çəkib sosial şəbəkədə paylaşmaları iki gündür ki, cəmiyyətdə ürəkağrısı və hiddətlə qarşılanıb. İnsanlar düşmənin insanlığa sığmayan bu hərəkətinə hansı adı verəcəklərini bilmirlər.

Moderator.az-a açıqlamasında Xalq artisti Möhlət Müslümov görüntülərdən çox sarsıldığını bildirib:

“O görüntüləri gördüm və çox pis oldum. Özüm-özümə deyirəm ki, indi o, əsgəri ata-anası axtarır. Amma biz erməni əsirlərə burda paxlava yedizdiririk. Erməni analoqu olmayan bir düşməndir. Bütün dünyanı gəzmişəm və mən belə düşmən görməmişəm. Görüntülərə çox ürəkağrısıyla baxdım. Bəlkə də indi o yandırılan hərbçimizin valideynləri onu tanıyıb nə çəkiblər Allah bilir. Düşünürəm ki, bu bütün müharibənin ən dəhşətli səhnəsi idi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru