Azərbaycan əsilli fransız aktyor koronavirusdan vəfat etdi

1-01-2021, 09:56           
Azərbaycan əsilli fransız aktyor koronavirusdan vəfat etdi
Məşhur fransız aktyor, rejissor və ssenarist Robert Hosseyn 93 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu haqda Fransa mətbuatı xəbər yayıb. Azərbaycan əsilli olduğu bildirilən aktyor bu gün koronovirus infeksiyasına yoluxub.

Anası ukraynalı pianoçu, atası azərbaycanlı olan R.Hossein 20-dən çox böyük tamaşanın müəllifidir. Aktyor vaxtilə Bakıda da səfərdə olub.

O, 1978-ci ildə Fransa paytaxtının İdman Sarayında təqdim olunan “Paris Notre Dame” tamaşası böyük uğur qazanıb. Bu tamaşa 580 mindən çox izləyici toplayıb. Robert Hossein “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmin müəllifidir. Onun sonuncu filmi “Məryəm adlı qadın” filmi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru